Pleyeri seçin:

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfrasında çıxış edib - Baku TV

14 fevral 2026 613 baxış

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz – Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov çıxışı zamanı Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin mövqeyi və xüsusilə də tarixi Vaşinqton sammitindən sonra atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.

Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımların son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.

Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Nazir panel müzakirələrində həmçinin Azərbaycanın Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.

TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.

Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində ölkəmizin Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 613 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 613 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 613 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 613 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 613 baxış
Seçilmişlər
icon