Ceyhun Bayramov və Sergey Lavrov Antalyada bir araya gəldi | Mühüm müzakirələr aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb. Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar
- Azərbaycan XİN Zəfər Gününün 6-cı ildönümü münasibətilə paylaşım etdi - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
