Pleyeri seçin:
Ceyhun Bayramovdan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı çağırış
“ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməyib”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Hesab edirik ki, artıq mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsinə də lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyəti yaxşılaşdırmır, əksinə ona xələl yetirir”, – nazir əlavə edib.
Kopyalandı
#Azərbaycan XİN teqi istifadə olunub
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV
- Ceyhun Bayramov italiyalı həmkarı ilə görüşdü
- Azərbaycan XİN Pakistana başsağlığı verib
