Siyasət
Pleyeri seçin:
COP29 geniş imkanlar yaratdı | Özbəkistanın ekologiya naziri
“Azərbaycan nazirləri demək olar ki, bütün tədbirlərdə iştirak edirlər. Biz tərəfdaşlar və həmkarlarımızla görüşmək və məsələləri üzbəüz müzakirə etmək imkanına görə Bakıya minnətdarıq”.
Bunu Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov NEWS.ru-ya müsahibəsində bildirib.
“Bu, bizim üçün uğurlu konfransdır. Birincisi, dost və qardaş Azərbaycanda keçirilir. İkincisi, biz Orta Asiyada ekologiya sahəsində yaranan çağırışlara birgə cavab verə bilərik. Mərkəzi Asiyanın səsi artıq beynəlxalq ictimaiyyətin bütün səviyyələrində yaxşı eşidilir. COP29 həm Özbəkistanın, həm də bütün Mərkəzi Asiya regionunun milli maraqlarını təşviq etmək üçün geniş imkanlar yaratdı”, – deyə özbəkistanlı nazir qeyd edib.
Kopyalandı
Seçilmişlər