Pleyeri seçin:

COP29-un Azərbaycan üçün önəmi | Yaşıl Zonanın 2-ci tədbiri nəyə həsr olunub?

11 noyabr 2024 697 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində Bakıda keçirilən COP29-un ilk günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, bu gün Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Çünki dünyanın ən mötəbər tədbiri olan COP29 Bakıda – Olimpiya Stadionunda artıq öz işinə başlayıb.

Qeyd edilib ki, COP29-un açılış mərasimində iştirak edən COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir COP29-un yeni prezident seçkisini elan edib və Muxtar Babayev rəsmən COP29-un prezidenti seçilib.

Daha sonra isə COP28 Prezidenti qərarları təsdiqləmək simvolu olan sədr çəkicini Muxtar Babayevə təqdim edib.

Həmçinin bildirilib ki, COP29-da müzakirələr ənənəvi olaraq elmi tədqiqat mərkəzləri arasında başlayıb:

“BMT ilə birgə fəaliyyət göstərən Türkiyənin Bahçeşehir Universiteti və İngiltərənin Dənizi Öyrənmə Alyansı Kolleci fikir mübadiləsi aparıb. Mövzu isə Avropa, Türkiyə və Körfəz regionu ölkələrində ali təhsilin iqlimin qorunmasındakı rolunu artırmaqdır”.

Yaşıl Zonanın ikinci tədbiri isə nəsillərin iqlimin dayanıqlığı üçün mübarizəsinə həsr olunub. Burada əsas məqsəd yaşlı insanların təcrübəsini və gənclərin innovativ yanaşmasını bir araya gətirərək iqlimi qorumaqdır. Müzakirələri Karib Hövzəsi İqlim Ədalət Liderləri Akademiyası keçirib.

Banner
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 697 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 697 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 697 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 697 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 697 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon