Pleyeri seçin:

Diqqət: Elmar Məmmədyarov Paşinyanın sərsəmliyini ifşa etdi

19 oktyabr 2023 333 baxış

Oktyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin sessiyasında çıxış edib.

O, çıxışı zamanı yenə də bir-birini təkzib edən fikirlər səsləndirib. Sülh sazişinin yaxın günlərdə imzalanacağına inandığını bildirən N.Paşinyan həm də Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamlarını davam etdirib.

N.Paşinyanın belə çıxış etməkdə məqsədi nədir?

Mövzu ilə bağlı fikirlərini yerli media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, N.Paşinyanın məlum çıxışında iki xətt aydın görünürdü:

“Bu xətlərdən biri daxili, digəri isə xarici auditoriya üçün nəzərdə tutulub. Xarici auditoriya üçün danışan erməni Baş nazir sülhə hazır olduqlarını və hətta yanvara qədər sülh sazişinin imzalanacağına inandığını deyir. Daxili auditoriya üçünsə daha çox Azərbaycan “vəhşiliyi”ndən danışır. Qarabağla bağlı sərsəm fikirlər səsləndirir”.

E.Məmmədyarov deyib ki, N.Paşinyanın fikirlərinin heç bir məntiqi əsası yoxdur: “Çünki Azərbaycanla Ermənistan arasında hazırda heç bir danışıq aparılmır. Proses tamamilə dayanıb. Danışıqlar intensiv şəkildə keçirilsəydi, masada sülh sazişinin hansısa layihəsi olsaydı, onda N.Paşinyanın konkret vaxt demək hüququ, bəlkə də, olardı. Amma ortada nə danışıqlar prosesi var, nə də ki hansısa sənədin layihəsi.

Baxmayaraq ki, cənab Prezident Gürcüstanda olarkən təklif etdi ki, Ermənistan birbaşa danışıqlar aparmaq istəyirsə, Azərbaycan buna hazırdır. Hətta Gürcüstanın vasitəçiliyi də gündəmə gəldi. Bu təklifdən xeyli vaxt keçib.

Amma Ermənistandan heç bir reaksiya görmədik. Əgər ermənilər, doğrudan da, sülh istəyirlərsə, onda bu təklifə cavab verməlidirlər.

Hələ ki, N.Paşinyan danışır, amma ortada bir proses görünmür. Xəbər var ki, bu ayın sonunda Brüsseldə yüksəksəviyyəli görüş keçiriləcək. Əgər bu informasiya öz təsdiqini tapsa və görüş keçirilsə, onda sülh sazişinin imzalanması ilə bağlı hansısa tarixi demək olar”.

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Siyasət
11 sentyabr 2026 333 baxış
Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 333 baxış
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 333 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 333 baxış
ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? - Baku TV

Siyasət
10 sentyabr 2026 333 baxış
Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Azərbaycan BRICS seçimi qarşısında: iqtisadi imkan, yoxsa geosiyasi risk? - AKTUAL GÜNDƏM

Siyasət
10 sentyabr 2026 333 baxış
Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Azərbaycan vasitəsilə Ermənistana daha nələr tədarük edildi? - Baku TV

Siyasət
10 sentyabr 2026 333 baxış
Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Azərbaycanla Türkiyə arasında yeni razılaşma | Bakının sülh sazişi üçün şərti - YENİ BİR SƏHƏR

Siyasət
10 sentyabr 2026 333 baxış
Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Bundesfer ehtiyat tutucu raketlərini Kiyevə verəcək

Siyasət
09 sentyabr 2026 333 baxış
Seçilmişlər
icon