Pleyeri seçin:

Dünya mediası 20 Yanvar faciəsi barədə nələr yazdı?

20 yanvar 2025 548 baxış

20 yanvar 1990-cı il faciəsi Azərbaycanın paytaxtı Bakını dünya mediasının manşetinə çevirmişdi.

ABŞ-nin “The New York Times” qəzeti yazmışdı ki, vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. Bir neçə gün sonra “Şərqdəki dəyişimlər: Sovet İttifaqı. Şiddət – son sığınacaq. Silahlı Qüvvələr Moskvanın üzdəki hakimiyyətini xilas etməkdə” başlığı ilə “The New York Times” geniş məqalə yayıb.

“The Washington Post” qəzeti Azərbaycandakı hadisələrin Mixail Qorbaçovun hakimiyyəti ələ aldığı 1985-ci il mart tarixindən bu tərəfə “ən ağır böhran” olduğunu xəbər edirdi.

“Los Angeles Times” qəzeti qeyd edir ki, bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail olublar.

Böyük Britaniyanın “The Guardian” qəzeti 20 Yanvar hadisələri ilə bağlı analitik məqalədə qeyd edib ki, bu dəhşətli hərbi əməliyyat 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının imperiyanın qəlbində yaratdığı xofla bağlıdır.

“The Times” isə yazırdı ki, Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi daxilində ciddi ixtilafın olduğu üzə çıxıb. Bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir.

“Financial Times” qəzeti vurğulamışdı ki, Azərbaycandakı hadisələrdən sonra M.Qorbaçovu hətta Rusiya millətçiləri də tənqid edirdilər. Qəzet yazır ki, onlar Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb ediblər.

“Bakı sakinləri bir-birinin ardınca televiziya vasitəsilə öz tələblərini səsləndiriblər:

“Fövqəladə vəziyyəti aradan qaldırın və qoşunları şəhərimizdən çıxarın”, – deyə Böyük Britaniyanın “Evening Standard” qəzetində dərc olunan yazıda qeyd olunub.

“The Independent” qəzeti “Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır” başlıqlı yazı dərc edib.

“The Daily Telegraph” qeyd edib ki, Sovet hərbi dəniz donanması Azərbaycan paytaxtı Bakını blokadadan guya azad etmək adı altında yük gəmilərinə atəş açaraq batırıb. Sahildən artilleriya və tanklar da atışmaya dəstək verib.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 548 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 548 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 548 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 548 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 548 baxış
Seçilmişlər
icon