Pleyeri seçin:

Dünya mediası ölkəmiz haqqında nə yazır, nə danışır, nələri müzakirə edir? - BİZDƏN NƏ DANIŞIRLAR?

27 may 2024 375 baxış

Baku TV-nin yeni layihəsi – “Bizdən nə danışırlar?” verilişi yayımlanıb.

Verilişdə son bir həftədə xarici media resurslarında ölkəmiz və onun lideri haqqında nələrin yazıldığına, nələrdən danışıldığına, hansı məqamların müzakirə olunduğuna nəzər yetirilib.

Qeyd olunub ki, İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalı “İlham Əliyev İranın Azərbaycandakı səfirliyində İran Prezidenti və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib” sərlövhəli paylaşım edib.

Paylaşımda dövlət başçısının İranın Bakıdakı səfirliyinə gələrək İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdiyi qeyd olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin helikopter qəzasında həyatını itirən İran Prezidenti və digər dövlət rəsmiləri ilə bağlı ürək sözlərini yazdığı bildirilib.

Böyük Britaniyanın “JAM News” nəşri yazır ki, Bakının bütün Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına meyilli olmasının lehinə heç bir tutarlı arqument yoxdur. Məqalədə erməni politoloq Tiqran Qriqoryanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı fikirləri dərc olunub.

Rusiyanın “Bunin & Co” “Telegram” kanalı “Lukaşenkonun Azərbaycana səfəri postsovet dövlətlərinin xarici siyasət trayektoriyaları ilə bağlı daha ümumi məsələləri də gündəmə gətirdi. İnteqrasiya qurumlarına üzvlük ikitərəfli münasibətlərdən nə dərəcədə əhəmiyyətlidir?” yazıda Aleksandr Lukaşenkonun Azərbaycana səfərinə və onun İkinci Qarabağ müharibəsini azadlıq uğrunda müharibə adlandırmasına münasibət bildirib.

Fransanın “Nachrichten.fr” nəşri yazır ki, əgər Fransa, həqiqətən də, COP29-u boykot edərsə, bu, qlobal iqlim danışıqlarına təsir edə bilər. Məqalədə fransalı siyasətçi Xavier Bertrand Fransanı COP29-u boykot etməyə çağırır.

O bu barədə “Radio J”nin efirində bildirib:

“Əgər Fransa, həqiqətən də, COP29-u boykot edərsə, bu, qlobal iqlim danışıqlarına təsir edə bilər. Konfrans iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımdır, boykot isə həm diplomatik gərginliyi artıra, həm də iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə fəaliyyətə mane ola bilər”.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 375 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 375 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 375 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 375 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 375 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 375 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 375 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 375 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 375 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 375 baxış
Seçilmişlər
icon