Pleyeri seçin:
"EFES-2026" təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlandı
Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.
Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.
Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.
Kopyalandı
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub
- Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV
- Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub - Baku TV CANLI
- Kəlbəcərdə baş verən bədbəxt hadisə hərbçinin ölümü ilə nəticələndi - Baku TV
- Kəlbəcərdə baş verən bədbəxt hadisə hərbçinin ölümü ilə nəticələndi - Baku TV CANLI
