Əfqanıstanın Baş nazirinin müavini Azərbaycanda | İki ölkə arasında nələr müzakirə olundu?
Baş nazir Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
Görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Ölkəmizin 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib.
Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün İƏT ölkələri üçün faydalıdır.
Görüş zamanı Azərbaycanla Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
#Əli Əsədov teqi istifadə olunub
- "Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV
- Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
- “Dövriyyəni daha yüksək səviyyəyə qaldırmaq üçün imkanlar var” | Əli Əsədov
- Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə olunacaq - Baku TV
- Əli Əsədovun Türkmənistan səfərinin önəmi | Mərkəzi Asiyanın neytral nöqtəsində vacib toplantı
