Siyasət
Pleyeri seçin:
Əli Əsədovun ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşü | Mühüm müzakirələr
Baş nazir Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
Görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Kopyalandı
Seçilmişlər