Siyasət
Pleyeri seçin:

Əliyev İrəvana ciddi xəbərdarlıq etdi | Rusiyalı politoloqdan şərh

16 fevral 2024

Yenidən seçilmiş Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi onun qarşıdakı 7 illik prezidentliyinin proqramı idi.

Bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqının bir yumruqda birləşdiyi barədə fikirləri analitiklərin də təsdiq etdiyi faktdır. Dövlət başçısı əvvəlki seçki vədlərinin hamısını yerinə yetirdi və əsasən Qarabağı qaytardı.

Azərbaycan Prezidenti andiçmə mərasimində yenidən güclü siqnal verdi: Ermənistan uzun müddətdir ki, razılaşmaları yerinə yetirməkdən imtina edir, lakin o, onları yerinə yetirməlidir.

Görürük ki, bir tərəfdən Ermənistan sülh müqaviləsi üçün öz variantlarını təklif edir, digər tərəfdən isə bu təkliflərin arxasında Azərbaycanın bədxahlarının – Fransanın, ABŞ-nin, AB-nin “yaxşı məsləhətləri” dayanır. Onlar regionda mütəmadi olaraq “oyun qaydalarını” pozur və görünür, Ermənistan Ordusunun Azərbaycanla sərhəddə fevralın 12-də baş vermiş təxribatının arxasında dururlar”, – o bildirib.

Ekspertin sözlərinə görə, İ.Əliyev inaqurasiya nitqində İrəvana da xəbərdarlıq edib:

“Azərbaycana qarşı ərazi iddiaları Ermənistan qanunvericiliyindən çıxarılmasa, sülh müqaviləsi olmayacaq. İ.Əliyev çıxışında bir daha aydın şəkildə göstərdi ki, bu gün Ermənistan tamamilə qeyri-sabit dövlətdir və onun rəhbərliyi verdiyi vədlərin yarısını icra etmir.

İrəvanda bu gün bir şey deyə bilərlər, sabah başqa bir şey. Qərbdən gələn zəngdən sonra dərhal fikirlərini dəyişə bilərlər ki, yox, belə deməmişik. Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribat AB “missiyası”nın kəşfiyyatçılardan ibarət əməkdaşlarının bilavasitə iştirakı ilə törədilib.

İ.Əliyevin siyasəti bu gün çoxqütblü dünyanın inkişaf tendensiyalarına çox aydın şəkildə cavab verir. Azərbaycan bu gün nəinki zamanın çağırışlarını hiss edir, həm də onlara cavab verməyə başlayır”.

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon