Pleyeri seçin:
Ərdoğan İlham Əliyevi növbədənkənar parlament seçkiləri ilə bağlı təbrik etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
