Erməni nəşrində gözlənilməz məqalə
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin yürütdüyü siyasi xətti dünya dövlətlərinin bir çoxunun dəstəklədiyinə artıq öyrəşmişik. Amma bunu bizi özlərinə düşmən bilən ermənilərin etiraf etməsi, hətta Azərbaycan liderinə həsəd aparması bir qədər gözlənilməz oldu.
Belə ki, Ermənistanın “Hraparak” nəşri “İlham Əliyev kimi lider istəyirəm” sərlövhəli məqalə yayımlayıb.
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərinə görə Baş nazir Nikol Paşinyanı günahkar sayan müəllif erməni xalqı adından çıxış edərək bildirib:
“İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya qoyub “bizimdir” desin, sonra da reallaşdırsın, danışıq aparanlarım Ceyhun Bayramov kimi təcrübəli və çoxbilmiş olsunlar. İstəyirəm ki, dövlətimin bir neçə dili mükəmməl bilən bir lideri olsun, rəhbərim danışıqlar zamanı düşməni diqtə etsin, rəqibinin burnunu məğlubiyyətlə yerə sürtsün. İstəyirəm ki, birinci xanımım badımcan şorbası bişirməsin, həyat yoldaşı ilə Şuşada cəsarətlə qalxıb festivalın açılışını elan etsin”.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
