Pleyeri seçin:

Erməni politoloqdan gözlənilməz açıqlama | Bakıya gedəcəyik

15 dekabr 2023 247 baxış

“Pantürkist ideyaların həyata keçirilməsinə qarşı Ermənistan üçün nə Avropa Birliyinin monitorinq missiyası, nə Fransa və Hindistandan silah alınması, nə də “Sülh qovşağı” layihəsinin təşviqi təhlükəsizliyin təminatçısı ola bilər”.

Bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Ola bilsin ki, Ermənistanda kimlərinsə illüziyaları var, amma Hindistanın MLRS və ya digər artilleriya sistemləri, Fransanın “Bastion” tədarükü onların təhlükəsizlik zəmanəti verdiyi anlamına gəlmir. Sadəcə biz dedik ki, “Gəl bu texnikaları alaq, sizə pul verərik”. Təbii ki, indi kim silah satıb pul qazanmağın əleyhinədir?! Söhbət təhlükəsizlik zəmanətlərindən getmir. Pantürkist, panturanist ideyaların həyata keçirilməsinə qarşı müdafiə baxımından heç kim kömək etməyəcək. Fransız həmkarlarıma ən azı bu məsələdə mümkün qədər dürüst olduqları üçün həqiqətən hörmət edirəm. Onlar birbaşa, açıq şəkildə dedilər: “Biz sizin digər müttəfiqinizlə münasibətlərdə verilən real təhlükəsizlik zəmanətlərini verə bilmərik”, – o bildirib.

Melkonyan qeyd edib ki, üstəlik, AB də təhlükəsizlik zəmanəti verə bilməyəcəyini bəyan edib:

“AB-nin 27 üzvü var və onlar bir anda razılaşıb və Azərbaycanı cəzalandıra bilməyəcək. Qərbin passivliyinin səbəbi siyasi iradənin və Azərbaycana qarşı təzyiq alətlərindən istifadə etmək imkanlarının olmamasıdır. Yəni, iqtisadi və digər alətlərdən istifadə etmək üçün siyasi iradə olmasa, heç kim heç bir təhlükəsizlik zəmanətindən danışmaz və Qərb Ermənistanda bunu açıq şəkildə bəyan edir”.

“Sülh qovşağı”na gəlincə, o bildirib ki, bu layihə milli kimliyi kommersiya maraqları ilə əvəz etmək məqsədi daşıyır:

“Sülh qovşağı” sərhədlərin və yolların açılması, qarşılıqlı ticarətdir. Türkiyə və Azərbaycanın xəyal etdiyi hər şey budur. Bu haqda danışan hər kəs sadəcə olaraq onların arzusunu gerçəkləşdirir. Düzdü, heç bir problem olmayacaq, irəli-geri hərəkət edəcəyik. Biz qatara minib Bakıya çatacağıq, həm də pul ödəyərək Qənimətlər Parkını ziyarət edəcəyik. Türkiyə və Azərbaycan üçün əla ideyadır”.

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 247 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 247 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 247 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 247 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 247 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 247 baxış
Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Siyasət
16 dekabr 2025 247 baxış
Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Siyasət
16 dekabr 2025 247 baxış
Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Siyasət
16 dekabr 2025 247 baxış
Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Siyasət
16 dekabr 2025 247 baxış
Seçilmişlər
icon