Erməni tarixçi Amağu soyqırımı ilə bağlı faktları açıqladı - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Erməni tarixçi Zəngəzur hadisələrinin gerçək üzünü etiraf edir” adlı veriliş efirə gedib.
Verilişdə Ermənistanda çox tanınan tarixçi, Qafan Geologiya Muzeyinin direktoru, Əməkdar mədəniyyət xadimi və etnoqraf Qrişa Smbatyanın “Syunyats Erkir” (“Sünik ölkəsi”) qəzetinin 10 sentyabr 2008-ci il tarixli sayında “Qafanda azərbaycanlılar” adlı yazısından bəhs olunur.
Bildirilir ki, ənənəvi saxta erməni tarixçiliyinin irsini davam etdirən Q.Smbatyan məqaləsində Qafanda ermənilərin törətdiklərini ifşa edən məqamları üzə çıxarır, bizim üçün acı olan gerçəyi ermənilərin üzünə vurur.
Müəllif Njdenin 1918-1921 illər illərdə törətdiyi cinayətin detallarını açıqlayır, azərbaycanlılarla ermənilərin birgəyaşayışı, seçki hüququndan məhrum olunması, Qaçaq Nəbi ilə birgə mübarizə, 1937-ci ildə bir-birini müdafiə etməsini xüsusi vurğulayır.
Q.Smbatyan yazısında Qafanda Bakıdan gələn bir təşkilatın olduğunu, Zəngəzuru Azərbaycana birləşdirmək üçün hazırlıq işləri gördüyünü və hətta kəndlərdən ildə 30 rubl üzvlük haqqı yığılmasını söyləyir, Qafanda Azərbaycan icmasının böyüməsi, təbii artımla erməniləri üstələməsini qeyd edir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlılara aid məzarların aşkarlandığı kənd barədə real faktlar - Baku TV
- Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?
