Erməni terrorçuya hesabat verən liderdən nə gözləmək olar ki?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda arzuolunmaz şəxs elan edilən və bu ölkəyə girişi qadağan edilən “Daşnaksütyun” partiyasının büro üzvü, Fransa-Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyan Emmanuel Makronla görüşüb. Fransa lideri öz ölkəsində belə qəbul edilməyən M.Papazyanın qarşısında ikiqat əyilərək ona hesabat verib. E.Makron bununla da erməni millətçilərinin əlində alət olduğunu açıq-aşkar nümayiş etdirib.
Murad Papazyanın qaranlıq keçmişində işğal dövründə Azərbaycan ərazisində qanunsuz fəaliyyət, separatçılara dəstək, həmçinin kriminal əməllər mühüm yer tutur. Üstəlik, o, Nikol Paşinyana qarşı sui-qəsdin təşkilatçılarından biri kimi Ermənistanda arzuolunmaz şəxs elan edilib. Görünür, E.Makronun hakimiyyətə gəlməsində birbaşa rolu olan erməni lobbisi, ondan artıq borcunu qaytarmağı tələb edir.
Təəssüf ki, Azərbaycana qarşı qərəzli və radikal dəstxət Fransanın, xüsusən də Makronun xarici siyasət kursunda əsas rola çevrilib. Əslində isə bu, heç təəccüb də doğurmur. Terrora, separatçılığa və digər bu kimi qaranlıq işlərə dəstək verən ünsürə hesabat verən liderdən başqa nə gözləmək olar?!
#Emmanuel Makron teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- İnsan haqları, yoxsa siyasi maraqlar?
- Fransanı silkələyən kütləvi etirazlara nə səbəb olur? - Makron rejimi və siyasi maraqlar - Baku TV
- Makronun açıqlamasından sonra Fransada nə dəyişəcək? - Baku TV CANLI
