Pleyeri seçin:

Erməni vəhşiliklərinə qarşı ölçü götürüldü

30 mart 2023 70 baxış

Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Qərbi Azərbaycan İcması, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

Dövlət Arxivində saxlanılan sənədlərə əsasən, XX əsrin əvvəlindən başlayaraq erməni əsilli şəxslərin rəhbərliyi ilə yaradılmış silahlı birləşmələr tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycan əsilli şəxslərə qarşı sülh və insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayətlərin törədilməsinə yönəlmiş aktiv hərəkətlərin icrasına başlanılıb.

Belə ki, erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlı soyqırıma və məcburi deportasiyaya məruz qoyulub.

Eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi şəkildə sürgün edilib, minlərlə insan həlak olub.

Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulub, 216 azərbaycanlı isə xüsusi amansızlıqla qətlə yetirilib.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 70 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 70 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 70 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 70 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 70 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 70 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 70 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 70 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 70 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 70 baxış
Seçilmişlər
icon