Pleyeri seçin:

Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir?

18 oktyabr 2024 154 baxış

Ermənistanın ordu quruculuğu prinsipləri II Qarabağ müharibəsindən əvvəl də çağırışçıları dilemma qarşısında qoymuşdu.

Belə ki, hələ 2017-ci ildə “əvvəlcə ordu, sonra təhsil seçimi” amili hökumət və xidmətə yararlı gənc çağırışçılarla fikir ayrılıqlarına səbəb olmuşdu. Gənclər həmin vaxt “öncə təhsil, sonra hərbi xidmətə çağırışı” dəstəkləyiblər.

İndiki vəziyyətdə isə çağırışçıların əksəriyyəti, ümumiyyətlə, hərbi xidmətdən boyun qaçırırlar. Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını ordudan yayındırmaq istəyir.

“İnsanlar övladlarını hərbi xidmətdən yayındırmaq haqqında düşünürlər. Digər problem isə hətta 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Nikol Paşinyan deyib.

Ekspertlər bildirirlər ki, N.Paşinyanın hökumətin iclasında belə bir mövzuya toxunması müəyyən zərurətdən irəli gəlir.

Belə görünür ki, Qərbdən Ermənistana tədarük edilən silahları işə salmaq üçün orduda formalaşdırılmış, döyüşə hazır vəziyyətdə şəxsi heyət çatışmazlığı yaşanır. Baş nazirin narahatlıq dolu açıqlaması həm də qeyd etdiyimiz məqamdan qaynaqlana bilər. Bu, analitiklər tərəfindən erməni siyasi hakimiyyətinin yeni savaşa başlamaq, revanşizm cəhdlərinin növbəti siqnalı kimi dəyərləndirilir.

Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın və onun arxasında duran qüvvələrin, partnyorların əsas istəyi regionda gərginliyi artımaq, hərbi təxribatlar törətmək, Azərbaycan ərazisinə qəfil hücum etmək və digər bu kimi məkrli niyyətlərdir:

“Digər önəmli amil də bundan ibarətdir ki, yeni hərbi kampaniyaya erməni əhalisi qoşulmaq istəmir. Sülhün alternativsiz olması da bir daha burada öz təsdiqini tapır”.

Elə Qərb siyasətçiləri tərəfindən verilən “Müdafiə potensialı üzərində işləmək və təhlükəsizlik sahəsində tərəfdaşlarını seçmək Ermənistanın suveren hüququdur” kimi həyasız, diletant açıqlamalar İrəvanın regionla bağlı təhlükəli vəziyyətə hazırlıqları barəsində kifayət qədər aydın təsəvvür yaradır.

Canlı qüvvə axtarışına çıxan Baş nazirin hökumətin iclasındakı çıxışı bunu bir daha təsdiq edir.

"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

Siyasət
17 aprel 2026 154 baxış
Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - Baku TV

Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - Baku TV

Siyasət
17 aprel 2026 154 baxış
ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - Baku TV

ABŞ nümayəndə heyəti Ələt limanına baxış keçirib - Baku TV

Siyasət
16 aprel 2026 154 baxış
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Siyasət
16 aprel 2026 154 baxış
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV

Siyasət
16 aprel 2026 154 baxış
Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM

Siyasət
16 aprel 2026 154 baxış
"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV

Siyasət
16 aprel 2026 154 baxış
Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Prezident İlham Əliyev Türkiyədə | Qarşılanma anından görüntülər

Siyasət
16 aprel 2026 154 baxış
Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Prezident İlham Əliyevin Antalyada qarşılanma anı

Siyasət
16 aprel 2026 154 baxış
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - Baku TV

Siyasət
16 aprel 2026 154 baxış
Seçilmişlər
icon