Ermənilər Qazaxda səngər qazır | Sona qədər döyüşəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxın işğal altında qalan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması məsələsi Ermənistanda ciddi qarşıdurma yaradıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, ölkədəki müxalifət, xüsusilə revanşistlər müqavimət göstərməyə çalışırlar. Azərbaycan kəndlərində məskunlaşmış ermənilərin bir qismi də zəbt etdikləri evləri tərk etmək istəmir, “sona qədər döyüşəcəklərini” bildirirlər.
Ermənistan mediasının məlumatına görə, Əskipara kəndində məskunlaşan ermənilər ərazidə səngər qazır, Nikol Paşinyanın anonsunu verdiyi “müharibəyə” hazırlaşırlar. Yayılan görüntülər də erməni əhalisinin səngər qazmaq planlarını təsdiq edir.
“Hraparak” qəzeti isə ordunu kəndlərin qaytarılmasına qarşı çıxmağa çağırır və yazır ki, Tavuş istiqamətində yerləşmiş hərbi birliklər arasında bunu edə biləcək komandirlər də var.
Nəşrdə qeyd olunub ki, üçüncü ordu korpusunun komandiri Aleksandr Tsakanyan və Barana hərbi hissəsinin komandiri Qarik Muradyan da həmin hərbçilərdəndir.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
