Siyasət
Pleyeri seçin:
Ermənilər sərhəd bölgələrində sürətlə... | Ermənistandan Zəngəzur açıqlaması
Ermənilər Zəngəzur bölgəsini kütləvi şəkildə tərk edirlər.
Bu barədə ölkə mediası Ermənistanın Statistika Komitəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin iyulundan 2024-cü ilin iyulun 1-nə qədər Zəngəzurun əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir.
Məlumatda qeyd olunur ki, təkcə Teğ kəndini min nəfər tərk edib. Kəndin ümumi əhalisinin sayı isə cəmi 6 mindir.
Regionda əhalinin sayının sürətlə azaldığını yazan kütləvi informasiya vasitələri ermənilərin sərhəd bölgələrini sürətlə tərk etdiyini vurğulayıb.
Kopyalandı
Seçilmişlər