Pleyeri seçin:

Ermənilərin ifşa edilən məqsədi: Yevlax görüşündə nələr baş verib?

24 oktyabr 2023 664 baxış

Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisinin kütləvi şəkildə Ermənistana qayıtması ətrafında müəmma davam edir. Rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq edir.

Erməni əhalisini bölgədən kütləvi çıxmağa sövq edənin separatçılar və Ermənistan hakimiyyəti olduğu da sirr deyil. Bu kontekstdə Ermənistan mediası hələ də antiterror tədbirləri nəticəsində qondarma rejimin təslim olmasından sonra erməni əhalisinin təmsilçiləri ilə Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri arasında keçirilən görüşlərin qapalı hissəsində nələrin müzakirə edildiyini araşdırmağa, anlamağa çalışır. Erməni mediası iddia edir ki, əhalinin çıxmasına səbəb həmin görüşlərdəki müzakirələrdir.

Belə bir iddianı “İravunk” qəzeti irəli sürüb. Qəzet iddia edir ki, Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyəti konkret şərt irəli sürüb:

“Ya Qarabağdakı erməni əhalisinin hamısı bir nəfər kimi Azərbaycana inteqrasiya edir və Ermənistanla əlaqələri kəsir, ya da inteqrasiyanı qəbul etməyən, vətəndaşlıq almaq istəməyənlərin sərbəst şəkildə getməsinə şərait yaradılır. Üçüncü heç bir variant ola bilməz”.

Bu məsələni Azərbaycan müxtəlif səviyyələrdə zaman-zaman gündəmə gətirmişdi. Rəsmi Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyi belə idi ki, Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəsin bərabərhüquqlu və təhlükəsiz şəraitdə yaşaması təmin olunacaq, bunu istəməyənlərin gedişinə şərait yaradılacaq.

Görünür ki, bu təklif erməni əhalisinin nümayəndələrinə də təqdim olunub. Üçüncü variant olmadığı üçün separatçılar və Ermənistan hakimiyyəti əhalinin kütləvi çıxışını təşkil ediblər.

Məqsəd Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialar irəli sürmək, “qaçqın” adı altında xarici donorlardan maliyyə yardımı əldə etmək və Bakıya qarşı əllərindən çıxan Qarabağ kartını “Qarabağ erməniləri” kartı ilə əvəzləməkdir. Hərçənd, artıq Azərbaycan daxilində erməni separatizmi məhv edilib və bundan sonra belə planların praktiki təsir imkanı yoxdur.

Banner
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 664 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 664 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 664 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 664 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 664 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 664 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 664 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 664 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 664 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 664 baxış
Seçilmişlər
icon