Pleyeri seçin:

Erməninin Rəsulzadə haqda təxribatçı sualına Rusiya XİN-dən təxribatçı cavab

02 fevral 2024 650 baxış

Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəlkitək Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymaq ənənəsindən qurtulmaq istəmirlər.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir:

“Biz dedik ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o, Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Mariya Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq.

Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Mariya Zaxarovaya xatırlatmalıdır ki, Məhəmməd Əmin Rəsulzadə ilə Njde arasında paralellər aparmaq, yumşaq desək, yanlışdır, tarixi bilgisizlikdir – ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib, Azərbaycan Cümhuriyyətinin qurucusu isə İkinci Dünya müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində onun Berlinə girişinə qadağa qoyulub.

Bunu Mariya Zaxarovaya xatırlatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər öndərlərimiz haqqında danışanda qeyri-dəqiq ifadələrə yol verməsin”.

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 650 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 650 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 650 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 650 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 650 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 650 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 650 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 650 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 650 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 650 baxış
Seçilmişlər
icon