Pleyeri seçin:

Ermənistan ABŞ silahlarını nə üçün Zəngəzur zonasında yerləşdirdi? | Mühüm açıqlama

08 avqust 2024 286 baxış

Bir tərəfdən Bakı və İrəvanı sülhə çağıran Amerika Birləşmiş Ştatları digər tərəfdən Ermənistana hərbi və siyasi dəstək verməkdə davam edir. Bu günlərdə ABŞ Silahlı Qüvvələrinə məxsus 2 hərbi yük təyyarəsinin şəxsi heyətlə və hərbi yüklərlə birlikdə Ermənistanın Zvartnots Hava Limanına enməsi kimi əsaslı məlumatlar artıq Vaşinqtonun bəyanatlardan əməli fəaliyyətə keçdiyini göstərir.

Siyasi analitiklər bildirirlər ki, əgər Türkiyə faktoru olmasaydı, biz Ermənistana hərbi yüklərlə bərabər daha çox hərbi təyyarələrin eniş etməsinə şahid ola bilərdik.

Azərbaycan Ermənistanın sürətli şəkildə silahlanması və hərbi təlimlər keçirməsindən narahatlıq ifadə edəndə, Qərb dövlətləri “biz Ermənistanın müdafiə qabiliyyətini artırırıq və atılan addımlar Azərbaycana qarşı yönəlməyib” deyirdilər. Lakin prosesi diqqətlə incələdikdə, müşahidə edə bilərik ki, Ermənistana verilən silahlar müdafiə silahları deyil. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu Azərbaycan qarşısında hansı döyüş sahələrində uğursuz olubsa, İrəvan indi o sahələrdə güclənməyə çalışır.

Ekspertlər bildirirlər ki, bununla əslində bir neçə ölkəyə mesaj verilə bilər. Öncə Azərbaycana mesaj verilir ki, Zəngəzurla bağlı hər hansı ciddi hərbi planları olsa, bundan geri çəkilsin. Hərçənd ölkəmizin belə bir hərbi planının olmadığı hər kəsə məlumdur. Belə əsassız iddiaları Ermənistanın siyasi manipulyasiya vasitəsi kimi istifadə etməsi isə çoxuna agahdır.

Siyasi şərhçilər ikinci mesaj kimi bunun Rusiyaya yönəldiyini bildirirlər. Çünki Rusiya 10 noyabr sülh bəyanatının 9-cu bəndini əsas tutaraq Zəngəzur dəhlizinin açılmasını və koridorun Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olmasını istəyir.

Burada həmçinin Zəngəzur yolunda müəyyən qədər marağı olan Türkiyəyə də mesaj verildiyi bildirilir. Eyni zamanda belə addımların Tehrana da xəbərdarlıq olduğunu nəzərdən qaçırmayan analitiklər İran-İsrail münasibətləri gərginləşərsə, bu vaxt ABŞ-nin İran sərhədlərinə də hər hansı müdaxilə ehtimalını artıra biləcəyini vurğulayırlar. Lakin belə manevrlərin İrandan daha çox Azərbaycan və Rusiyaya ötürülən siqnal olduğu xüsusi qeyd olunur. 

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 286 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 286 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 286 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 286 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 286 baxış
Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Siyasət
22 dekabr 2025 286 baxış
“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

Siyasət
22 dekabr 2025 286 baxış
Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 dekabr 2025 286 baxış
Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Siyasət
22 dekabr 2025 286 baxış
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
22 dekabr 2025 286 baxış
Seçilmişlər
icon