Pleyeri seçin:

Ermənistan COP29-da iştirak edəcək? - Laçındakı KSES-lərin ekologiyaya töhfəsi

11 oktyabr 2024 338 baxış

Baku TV-də “COP-BAKU” media layihəsinin növbəti buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda Laçının Zabux kəndində “yaşıl enerji”nin önəmindən və “Zabux” Kiçik Su Elektrik Stansiyasından bəhs olunub.

Gücü 2,8 meqavat olan “Zabux” KSES Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində tikilib. Burada istehsal edilən elektrik enerjisi Zabuxla yanaşı, Laçın rayonunun digər ərazilərini də işıqla təmin edir. Artıq qalan enerji isə ölkənin ümumi enerji sisteminə ötürülür.

Bütün suyu Azərbaycan ərazisində formalaşan Zabux çayı bolsulu və iti axan dağ çayıdır. Bu isə hətta azsulu mövsümlərdə də stansiyanın lazımi elektrik istehsalını icra etməyə mane olmur.

Onu da qeyd edək ki, təkcə Zabux yox, azad olunan bütün ərazilərin işığı “yaşıl enerji” hesabına ödənəcək. Çünki Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkənin enerji xəritəsində “yaşıl enerji” zonalarıdır.

“AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, bu günə qədər 32 yerdə su elektrik stansiyaları tikilib və yenidən qurulub:

“Sözügedən su elektrik stansiyalarının ümumi gücü 270 meqavatdır. Hazırda Kəlbəcər, Laçın, Ağdərə və daha 6 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzur ərazisi Azərbaycanın ən bolsulu ərazisidir.

Demək olar ki, Azərbaycan suyunun 20-25 faizi burada formalaşır. Ən əsası da bu çaylar ölkəmizin ərazisində formalaşır. Yəni Araz, Kür çayları kimi başqa ölkələrin ərazisindən daxil olmur. Həmçinin burada 39 yerdə su elektrik stansiyalarının tikilməsi mümkündür”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Ermənistanın Azərbaycanda keçiriləcək COP29-da iştirak edib etməyəcəyi barədə danışarkən qeyd edib ki, Azərbaycan prosesin əvvəlində bunun ən inklüziv COP-lardan olacağını elan edib:

“Yəni heç bir ölkəyə və ya təşkilata istisna edilməyəcək. Belə də oldu. Dəvətlər bütün ölkələrə göndərildi. Ancaq indiyə qədər Ermənistan tərəfindən hər hansı rəsmi reaksiya gəlməyib”. 

Banner
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 338 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 338 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 338 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 338 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 338 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 338 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 338 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 338 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 338 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 338 baxış
Seçilmişlər
icon