Ermənistan sərhəddə strateji yüksəklikləri ələ keçirməyə hazırlaşır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistan Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi alır" adlı süjetdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması haqqında qızğın müzakirələrin getdiyi vaxtda Ermənistanın silahlanma yarışına başlamasından bəhs olunub.
Bildirilib ki, Ermənistanın sülhdən bəhs etsə də, geosiyasi şərtlər dəyişəcəyi və bunun bölgədəki proseslərə təsir edəcəyi təqdirdə Azərbaycanla "yenidən hesablaşmaq" istədiyi sirr deyil:
"Təbii ki, bu "hesablaşma" Qarabağda baş verməyəcək, çünki bu səhifə bir daha açılmamaq üzrə bağlanıb. Ermənistanın əsas qorxusu Qərbi Azərbaycan reallığıdır.
İrəvanda anlayırlar ki, proseslərin inkişafında azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı qaçılmaz olacaq, bundan imtina edəcəkləri təqdirdə Azərbaycan Ermənistanla şərti sərhədi tarixi torpaqlarımızın dərinliklərinə qədər dəyişə bilər.
Məhz belə bir perspektivin qarşısını almaq üçün ermənilər hazırda nəzarət etdiyi əraziləri əllərində saxlamaq və sərhəd xəttində üstünlük qazanmaq istəyirlər. Silahlanma yarışına başlamaları da bundan qaynaqlanır. Bu prosesdə Ermənistanın əsas dəstəkçisi Fransadır".
Qeyd olunub ki, Hindistan və İsrailin birgə istehsalı olan zenit-raket kompleksi, hücum silahları əldə edən Ermənistanın müharibəyə hazırlaşdığı istisna edilməməlidir və mümkün müharibədə İrəvanın bir çox hədəfi ola bilər.
![icon](/images/loading.png)