Siyasət
Pleyeri seçin:

Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib

06 iyun 2024 14 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"İrəvanda Zəngəzur dəhlizi və Göyçənin təhvil verilməsi müzakirə edilir" adlı süjetdə Ermənistanda Zəngəzur dəhlizinin qarşıdakı aylarda açılması və Göyçə mahalı istiqamətində yeni mövqelərin Azərbaycana təhvil verilməsinə hazırlığın getdiyi haqqında məsələlərin əsas müzakirə mövzusuna çevrildiyi, hər iki məsələnin Ermənistan daxili siyasi seqmentində qüvvələrarası mübarizə elementi kimi istifadə edildiyi bildirilib.

Qeyd olunub ki, Zəngəzur dəhlizi sentyabr ayına qədər açılacaq. Bu barədə Ermənistan mediası yazır. Erməni şərhçi Avetis Babacanyan "Hraparak" nəşrində dərc olunan məqaləsində iddia edir ki, Qazaxın 4 kəndi qaytarıldı, artıq növbəti mərhələ başlayır. Ermənistan hakimiyyəti bu planı icra etmək üçün Rusiyanın Zəngəzurda mövcud olan qoşunlarını çıxarmaq niyyətindədir. Artıq bu istiqamətdə proses başlayıb.

Söhbət Zəngəzur dəhlizinin rəsmi Bakının təklif etdiyi "Azərbaycandan Azərbaycana prinsipi" üzrə açılmasından gedir. Diqqətə çatdırılıb ki, Bakı-İrəvan danışıqları fonunda bu variantın yaxın aylarda həyata keçirilməsi mümkün variantlardan biri kimi görünür:

"Çünki sülh sazişində tərəflərin razılaşmadığı iki əsas məsələdən birində – sərhədin delimitasiyasında müəyyən irəliləyiş var. Sülh sazişi ilə bağlı ilkin razılaşmanın əldə edilməsi üçün digər ziddiyyətli məqam – kommunikasiyanın açılması üzərində də anlaşma olmalıdır. Bunun da yolu Naxçıvana maneəsiz keçidin verilməsindən keçir. Ermənistanın bu variantla razılaşması qaçılmazdır".

Sonda vurğulanıb ki, hadisələrin inkişafı və proseslərin analizi Zəngəzur dəhlizinin tezliklə açılması gözləntisini artırır:

"İstisna deyil ki, Naxçıvana meneəsiz keçidin verilməsi məsələsi sentyabr ayında reallaşsın. Bu, Qərbi Azərbaycan məsələsində ən mühüm amillərdən biridir, çünki Zəngəzur dəhlizinin açılması azərbaycanlıların öz tarixi yurdlarına böyük qayıdışı önündə qapıların da açılması ilə nəticələnə bilər. Yaxın perspektivdə tarixi torpaqlarımıza doğru sərhəd istiqamətindən də irəliləməyimiz mümkündür.

Ermənistan mediası Göyçə mahalı istiqamətində 12 mövqenin Azərbaycana qaytarılacağını yazır. Beləliklə, Qərbi Azərbaycan hədəfinə addım-addım yaxınlaşırıq. Azərbaycan Qarabağa qayıdış hədəfinə nail olduğu kimi, Qərbi Azərbaycana qayıdış hədəfinə də nail olacaq".

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 yanvar 2025 14 baxış
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 yanvar 2025 14 baxış
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 yanvar 2025 14 baxış
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 yanvar 2025 14 baxış
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 yanvar 2025 14 baxış
Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Lukaşenko Azərbaycana yeni təyin olunan səfirə təlimatlar verdi | Detallar açıqlandı

Siyasət
14 yanvar 2025 14 baxış
Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Lavrov Azərbaycan və Ermənistan arasında razılaşdırılmayan 2 məsələdən danışdı

Siyasət
14 yanvar 2025 14 baxış
İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

İlham Əliyevin Paşinyandan tələbləri nələrdir? | Xaçatryandan sensasiyalı açıqlama

Siyasət
14 yanvar 2025 14 baxış
Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Lavrov AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutu"sundan danışdı

Siyasət
14 yanvar 2025 14 baxış
Belarus Azərbaycana yeni səfir təyin etdi

Belarus Azərbaycana yeni səfir təyin etdi

Siyasət
14 yanvar 2025 14 baxış
Seçilmişlər
icon