Ermənistanda təhlükədə qalan yəhudilərə Azərbaycana gəlmək təklif edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Ermənistanda qalan yəhudilərə çağırış edirəm: Başqa ölkədəki yəhudilərin fərqli fikirdə olmalarına görə sizi təhdid edən bir ölkədə qalmaq sadəcə təhlükəlidir”.
Bunu Azərbaycan Gürcü-Sefarad yəhudiləri dini icmasının sədri, ravvin Zamir İsayev sosial şəbəkə hesabından paylaşdığı videomüraciətində deyib.
“Mən başa düşürəm ki, erməni təbliğatının Holokost mövzusundan istifadə etməsindən hiddətlənən Avropa, İsrail və müsəlman ölkələrinin aparıcı ravvinlərinin fikirlərinə qarşı açıq çıxış etmək üçün sizə böyük təzyiqlər var.
Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə və 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın, sizə Azərbaycana köçməyə kömək edərəm. Hətta İsraildə də birbaşa bildirirlər ki, Azərbaycan yəhudilər üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ermənistanda kiminsə öz nifrətini sizdən çıxmasına qədər gözləməyin”, – deyə o bildirib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
