Pleyeri seçin:

Ermənistandakı seçkilər öncəsi müxalifət nə plan qurur?

25 mart 2026 1105 baxış

“Ermənistan müxalifətinin təklif etdiyi siyasətin həyata keçirilməsi Azərbaycanla müharibəyə gətirib çıxaracaq, halbuki hazırda müharibə ehtimalı sıfırdır”.

Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

Vitse-spiker jurnalistlərlə brifinqdə Ermənistan hakimiyyətinin iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi cəmiyyəti müharibə ilə hədələdiyi barədə tənqidlərə belə cavab verib:

“Gəlin əvvəlcə hədənin nə demək olduğunu təhlil edək. Hədə o zaman olur ki, kimsə deyir: “Bunu etsən, sənin üçün pis olacaq”. Biz isə deyirik: Ermənistan Respublikası müxalifətin təklif etdiyi siyasəti qəbul edərsə, bu, qaçılmaz olaraq müharibəyə gətirib çıxaracaq, burada heç bir hədə yoxdur”.

Rubinyanın sözlərinə görə, hazırda Ermənistan hakimiyyətinin yürütdüyü siyasət səbəbindən müharibə ehtimalı sıfıra bərabərdir:

“Əgər müxalifət hakimiyyətə gəlsə və bəyan etdiyi siyasəti həyata keçirsə, bu, açıq şəkildə və yüz faiz müharibəyə səbəb olacaq”.

O qeyd edib ki, qarşıdakı seçkilər təkcə siyasi qüvvələr arasında deyil, həm də təqdim olunan siyasətlər arasında seçim olacaq.

Rubinyanın fikrincə, hakim “Vətəndaş Müqaviləsi” partiyası mövcud sülh siyasətinin qorunmasını müdafiə edir, müxalifət isə bu siyasətin yenidən nəzərdən keçirilməsini təklif edir:

“Əgər sülh müqaviləsi, Vaşinqton bəyannaməsi, TRIPP razılaşması və sərhədlərin delimitasiyası qaydalarının komponentləri yenidən nəzərdən keçirilsə, bu, müharibəyə gətirib çıxaracaq”.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 1105 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 1105 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 1105 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 1105 baxış
Seçilmişlər
icon