Pleyeri seçin:

Ermənistanı uçuruma aparan daha bir ölkə | Yunanlar Nikolu necə şirnikləndirdi? - HƏRBİ XRONİKA

28 noyabr 2024 382 baxış

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda Yunanıstanın Ermənistanı silahlandırmasından bəhs edilib.

Bildirilib ki, 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatlarında arsenalının böyük bir hissəsi darmadağın edilmiş Ermənistan Ordusunun yeni silahlar almaq üçün xüsusilə son zamanlar göstərdiyi canfəşanlıq hər kəsə məlumdur.

İrəvanın bu istiqamətdəki fəaliyyətinə həvəslə dəstək verən Fransa və Hindistandan sonra Ermənistanın silahlanmasına daha bir “töhfə” də Yunanıstandan gəlib.

Ölkənin “Enikos” portalının yaydığı xəbərdə Afinanın öz arsenalından İrəvan üçün ayırdığı “silah sovqatı”nın tərkibi də açıqlanıb – Rusiya istehsallı “S-300” zenit-raket sistemi, “ТOR М-1” və “ОSА-АК” kompleksləri.

Ümumilikdə Yunanıstanın Ermənistana dəstəyində qəribə heç nə yoxdur. Təkcə son dövrlər ərzində bu ölkənin hərbi məktəblərində təhsil alan erməni kursantlarının sayının iki dəfə, o cümlədən burada yetişdirilən erməni xüsusi təyinatlılarının da sayının xeyli artması məlum faktlardır.

Yunanıstanın Petroxori və Ksanti poliqonunda keçirilən son “Olimpiya əməkdaşlığı 24” təlimində Ermənistan hərbçilərinin yunan tankları və Fransa zirehli texnikasından istifadə etməklə apardıqları döyüş atışı təlimləri də yunanların Ermənistan Ordusunun gücləndirilməsinə nə qədər həvəsli olduğunu göstərir.

Yunanların ermənilər üçün hazırladıqları “bacı sovqatı” heç də hədiyyə deyil. Rəsmi Afina verəcəyi silahların pulunu Ermənistandan qəpiyinə kimi almağı planlayıb. Nəinki pulu almağı, üstəlik, onu hara sərf edəcəyini də öncədən müəyyənləşdirib.

Yayılan məlumatlara görə, İrəvanın bu silahlar üçün ödədiyi pullarla Afina öz ordusu üçün yeni hava hücumundan müdafiə sistemləri alacaq. Üstəlik, arsenalındakı köhnəlmiş rus silahlarını ermənilərə satan Yunanıstan bunun müqabilində qazandığı pulları məhz Azərbaycan Ordusunun arsenalında olan müasir İsrail silahlarını almaq üçün sərf edəcək. 

Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Fransa Azərbaycana qarşı hansı səhvləri edib? - Müsahibədə diqqətçəkən mesajlar - Baku TV

Siyasət
16 fevral 2026 382 baxış
“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

“Energetika sahəsində əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir” | Prezident

Siyasət
16 fevral 2026 382 baxış
Serbiya Prezidenti Azərbaycana səfər edəcək

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

Siyasət
16 fevral 2026 382 baxış
Azərbaycan Avrasiyanın yeni qarşılıqlı bağlılıq xəritəsini qurur? - AKTUAL GÜNDƏM

Azərbaycan Avrasiyanın yeni qarşılıqlı bağlılıq xəritəsini qurur? - AKTUAL GÜNDƏM

Siyasət
16 fevral 2026 382 baxış
Prezident İlham Əliyev Serbiya ilə yeni əməkdaşlıq planlarını açıqlayıb - Baku TV

Prezident İlham Əliyev Serbiya ilə yeni əməkdaşlıq planlarını açıqlayıb - Baku TV

Siyasət
16 fevral 2026 382 baxış
Prezident gələcək planlardan danışıb | Zelenski danışıqların təfərrüatını açıqlayıb - YENİ BİR SƏHƏR

Prezident gələcək planlardan danışıb | Zelenski danışıqların təfərrüatını açıqlayıb - YENİ BİR SƏHƏR

Siyasət
16 fevral 2026 382 baxış
Serbiyanın paytaxtında diqqətçəkən mənzərə | Azərbaycan üçün xüsusi jest - Baku TV

Serbiyanın paytaxtında diqqətçəkən mənzərə | Azərbaycan üçün xüsusi jest - Baku TV

Siyasət
15 fevral 2026 382 baxış
Əli Kərimlinin evindən nə çıxdı? - Qurumlar işini görmür? - Həftənin qalmaqallı hadisələri - XÜLASƏ

Əli Kərimlinin evindən nə çıxdı? - Qurumlar işini görmür? - Həftənin qalmaqallı hadisələri - XÜLASƏ

Siyasət
15 fevral 2026 382 baxış
Gizlənmək üçün “qadın” olan Emin Hüseynovun “şanlı” tarixçəsini xatırlayaq - Baku TV

Gizlənmək üçün “qadın” olan Emin Hüseynovun “şanlı” tarixçəsini xatırlayaq - Baku TV

Siyasət
15 fevral 2026 382 baxış
Aleksandar Vuçiçdən Prezident İlham Əliyevə minnətdarlıq - Baku TV

Aleksandar Vuçiçdən Prezident İlham Əliyevə minnətdarlıq - Baku TV

Siyasət
15 fevral 2026 382 baxış
Seçilmişlər
icon