Ermənistanın gələcək inkişafında Türkiyə faktoru | BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İsrailin “The Jerusalem Post” nəşri xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycan arasında sülh sazişini təqdir edib, regionda davamlı təhlükəsizlik və rifahın vacibliyini vurğulayıb.
“Belarus seqodnya” Ermənistanın XİN rəhbərinin sülh sazişi ilə bağlı açıqlamasına dair xəbər təqdim edib.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanma yeri və tarixini hələ razılaşdırmayıblar”.
Mənbə TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Hazırda bizdə razılaşdırılmış yer və tarix yoxdur”, – deyə o qeyd edib.
A.Mirzoyan onu da əlavə edib ki, Azərbaycan tərəfi ilə danışıqları davam etdirmək lazımdır.
Türkiyənin “Yeni Şafak” nəşri bildirir ki, Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir.
Mənbə xəbər verir ki, Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 uşaq üçün iftar süfrələri qurulub.
Xəbər olunur ki, üç gün davam edən proqramda 3 min kimsəsiz uşağa iftar verilib.
#Ermənistan teqi istifadə olunub
- Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
