Pleyeri seçin:
Ermənistanın növbəti yalanı ifşa edildi
“Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Ermənistan mətbuatında yayılmış iddiaya əsasən, Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyi Azərbaycan tərəfinə xatırladılıb.
Ayxan Hacızadə bu məlumatların yalan olduğunu vurğulayıb və qeyd edib ki, Ermənistan mətbuatının yaydığı bu xəbər qarşı tərəfin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir. Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü martın 15-də olub.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
