Pleyeri seçin:

Ermənistanla sülh əldə olunur, yoxsa...? - Markedonov əsas maneələri açıqladı

18 mart 2025 427 baxış

Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşıb.

Bu barədə ermənipərəst rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb.

“Yeni il bayramı ərəfəsində Prezident İlham Əliyev Bakı və İrəvanın kompromis əldə edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən üçüncü qüvvələrin dövlət sərhədində yerləşdirilməsi ilə bağlı idi. Bu iddiaların hər ikisi erməni tərəfinə ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində AB-nin müşahidə missiyası yerləşdirilib və Azərbaycan tərəfinin Qarabağdakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddialar olub.

İlham Əliyevin həmin açıqlamalarından təxminən 2,5 ay keçəndən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bəyan etdi ki, Ermənistan mübahisəli məqamlarla bağlı təklifləri qəbul edib. Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat gəldi. Ermənistan tərəfi kompromisə getməyə hazır olduğunu təsdiqlədi.

Baş nazir Nikol Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa bilməyəcəyimiz bəlli olanda biz Təhlükəsizlik Şurası formatında müzakirələr apardıq və sənədin mövcud məzmununun kompromis həll variantı sayıla biləcəyi qənaətinə gəldik.

Uzun müddətdir davam edən bu münaqişə tarixinə nöqtə qoymaq olarmı? Çoxdan gözlənilən sülh əldə olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu?

Bütün bu suallara müsbət cavab vermək istərdim. Ancaq indi də bütün sülh konstruksiyasının sabitliyinə müəyyən şübhələr qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan gələn xəbərlərə kifayət qədər təmkinli reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta onda deyil ki, kompromis razılaşmalar final mətnində təcəssüm etməlidir.

“Növbəti mərhələdə Bakının gözləntiləri belədir: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”, ‒ nazir Bayramov bildirib. Amma İrəvanda hələ də başqa cür düşünürlər.

Nikol Paşinyanın sözlərinə görə, sülh sazişinin hazırlanması, eləcə də Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının olmaması ilə bağlı qərarı artıq problemi bağlayıb. Gördüyümüz kimi, tam deyil. Lakin Konstitusiya ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası və “dəhliz” problemi də həll olunmamış qalır. Sülh müqaviləsinin mətnində bu barədə heç nə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir!

Beləliklə, regiona sülhün gəlməsi üçün nəinki söz və sənədlər, həm də əməli hərəkətlər lazımdır!”, ‒ S.Markedonov qeyd edib.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 427 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 427 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 427 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 427 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 427 baxış
Seçilmişlər
icon