Pleyeri seçin:

Fələstinin Azərbaycandakı səfirliyi dünyaya çağırış etdi | Qəzzadakı böhran daha da dərinləşir...

07 may 2025 679 baxış

Fələstinin Azərbaycandakı səfirliyi Qəzza zolağında yaşanan humanitar böhranla bağlı beynəlxalq birliyi təcili tədbirlər görməyə çağırıb.

Səfirliyin yaydığı bəyanatda bildirilir ki, Qəzza zolağında İsrailin hərbi əməliyyatları 19 aydan çoxdur davam edir və görünməmiş humanitar fəlakətə səbəb olub.

“Bu günə qədər həmin təcavüz 52 500-dən çox fələstinlinin şəhid olması, əksəriyyəti qadın və uşaq olan 118 000-dən çox insanın yaralanması ilə nəticələnib, minlərlə qurban hələ də dağıntılar altında qalıb. Bu həmçinin xəstəxanalar, məktəblər və sığınacaqlar da daxil olmaqla infrastrukturun geniş şəkildə məhv edilməsinə və 1,9 milyondan çox insanın məcburi köçkün düşməsinə səbəb olub.

Qəzza zolağındakı binaların təqribən 80 %-i zərər görüb və humanitar yardımın daxil olmasının sıx blokadası böhranı daha da dərinləşdirib ki, bu da onlarla insanın, əksəriyyəti uşaqlar, xəstələr və qocaların aclıqdan ölməsinə səbəb olub”, ‒ diplomatik nümayəndəliyin bəyanatında belə deyilir.

Davam edən bu gərginlik fonunda Fələstin səfirliyi bütün ölkələri, beynəlxalq qurumları və media orqanlarını beynəlxalq hüquq pozuntularının qarşısının alınması üçün səy göstərməyə, beynəlxalq hüququn müdafiəsini təmin etməyə və Fələstin xalqı üçün təcili beynəlxalq müdafiənin, beynəlxalq hüququn icrasının təmin edilməsinə dəstək verməyə çağırıb. 

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 679 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 679 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 679 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 679 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 679 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 679 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 679 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 679 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 679 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 679 baxış
Seçilmişlər
icon