Fransa geri addım ata bilər | Natəvanın heykəli ilə bağlı açıqlama
Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Fransanın Evian-lö Bən şəhər meriyasının ümumi şöbəsindən bildirilib.
Qeyd edilib ki, Evian-lö Bən şəhərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib, daş lövhələr sındırılıb.
“Meriya heykəlin təmir edilməsi və təmizlənməsi, eləcə də bağın adını daşıyan daş lövhələrin bərpası üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq”, – deyə vurğulanıb.
Meriyadan həmçinin bildirilib ki, heykəlin vandalizmə məruz qalması ilə bağlı polisə müraciət edilib. Şəhər rəhbərliyindən İsmayıllını qardaş şəhər saydıqlarını da qeyd ediblər.
#Azərbaycan teqi istifadə olunub
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
- Hasilatı artıracaq yeni avadanlıqlar təqdim edildi - Baku TV
- Rusiya Azərbaycan vasitəsilə İrana nələr yollayır? - Baku TV
