Siyasət
Pleyeri seçin:

Fransanın bu oyunlarına getməyin | QAİ-dən Ermənistana çağırış

28 mart 2024

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq Fransanın oyunlarına getməməyə çağırıb. Bu barədə icmanın yaydığı bəyanatda bildirilib.

“Martın 27-də Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib.

Azərbaycanın xalqlar arasında nifaqı geridə qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və mərhəmətli siyasəti sayəsində sərbəst qalmış Samvel Şahramanyan indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb. Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Sözügedən separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan hökuməti isə faktiki olaraq buna göz yumur.

Müsahibənin məhz Fransanın mətbuat orqanlarının birində dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar. Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel 2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti – bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib hissələridir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq Fransanın oyunlarına getməməyə çağırır. Ermənistan dərk etməlidir ki, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait yaratması yolverilməzdir.

Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edir”, – deyə icmadan bildirilib.

Akademik Zərifə Əliyevanın doğum günüdür

Akademik Zərifə Əliyevanın doğum günüdür

Siyasət
28 aprel 2024
Paşinyan ermənilərin ölkəni tərk etməsini istəmir

Paşinyan ermənilərin ölkəni tərk etməsini istəmir

Siyasət
28 aprel 2024
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama

Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama

Siyasət
27 aprel 2024
Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik | Paşinyan

Biz heç kimə öz torpaqlarımızı təhvil vermirik | Paşinyan

Siyasət
27 aprel 2024
ANAMA əməkdaşının yaralanmasına ABŞ-dən reaksiya

ANAMA əməkdaşının yaralanmasına ABŞ-dən reaksiya

Siyasət
27 aprel 2024
Nikol Paşinyandan sülhlə bağlı vacib açıqlama

Nikol Paşinyandan sülhlə bağlı vacib açıqlama

Siyasət
27 aprel 2024
Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general

Siyasət
27 aprel 2024
Beynəlxalq hüquq professoru Ermənistanın əsassız iddialarından danışdı

Beynəlxalq hüquq professoru Ermənistanın əsassız iddialarından danışdı

Siyasət
27 aprel 2024
Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Siyasət
27 aprel 2024
Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Siyasət
27 aprel 2024
Seçilmişlər
icon