Siyasət
Pleyeri seçin:
Fransanın Türkiyədəki səfiri XİN-ə çağırılıb
Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaranın etiraz notası təqdim olunub.
Ona PKK terror qruplaşmasının Suriyadakı qolu YPG üzvlərinin Fransaya səfəri, Senatda görüşlər keçirməsi və medalla təltif olunmaları ilə bağlı etiraz bildirilib. Fransanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb ki, belə addımlar qəbuledilməzdir.
Etiraz notasında PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumlar təşkil etdiyi, bölgədə separatçı fəaliyyətlə məşğul olduğu və sabitliyi pozduğu vurğulanıb.
Kopyalandı
Seçilmişlər