Siyasət
Pleyeri seçin:
Görüşmək istəsələr, biz hazırıq | Lavrovdan açıqlama
“Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır”.
Bunu Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq MDB və ya BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər.
“Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq. 2020-ci ilin noyabrında iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. 2 il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri 3 dəfə görüşüblər”, – deyə S.Lavrov bildirib.
Kopyalandı
Seçilmişlər