Pleyeri seçin:

Güneydə Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik | Nələr baş verir?

24 mart 2025 1144 baxış

Güneydə Azərbaycan türklərinin kürdlərin ərazi iddialarına qarşı başlatdığı etirazlar davam edir.

Bəs bu iki xalq arasında nə baş verir?

Martın 18-də kürdlər şənlik tədbirlərini siyasi mitinqə çevirərək Azərbaycan torpaqlarına, o cümlədən Urmiyaya ərazi iddiaları irəli sürüblər. Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd və başqa şəhərlərdən Urmiyaya gətirilən qonaqlar “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar.

Nəticədə, Güney Azərbaycan türkləri də Urmiya şəhərində izdihamlı etiraz aksiyası keçiriblər. Urmiyanın mərkəzi küçələrinə axışan on minlərlə azərbaycanlı kürdlərin Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etiraz ediblər. “Azərbaycan oyaqdır, kürdlər bizə qonaqdır”, “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb” kimi şüarlar səsləndirilib.

Əslində, Azərbaycan türkləri ilə kürdlər arasında gərginlik uzun müddətdir ki, davam edən mürəkkəb bir problemdir. Bu qarşıdurmalar etnik, siyasi və sosial amillərin birləşməsindən qaynaqlanır. İran hakimiyyəti uzun illərdir ki, bölgədə etnik balansı dəyişmək üçün məqsədyönlü siyasət yürüdür.

Son 10 ildə isə İraq və Suriyadan gətirilən kürd ailələr xüsusilə Urmiya və ətraf ərazilərə köçürülüb. Bu isə ağıllara SSRİ-nin İttifaq daxilindəki ölkələrə tətbiq etdiyi assimilyasiya siyasətini xatırladır. Məsələn, Qarabağın dağlıq hissəsinə kütləvi şəkildə erməni ailələrin köçürülməsi kimi.

Bu hadisələr Urmiyada azərbaycanlılar və kürdlər arasında etnik və siyasi qarşıdurmanın mövcud olduğunu göstərir. Belə mübahisələrin aradan qaldırılması üçün isə hökumət ayrı-seçkiliyə son qoymalı, Azərbaycan türklərinin haqlı tələblərini yerinə yetirməlidir. Əks təqdirdə gərginliklərin davam etməsi və bölgədə sabitliyin pozulması qaçılmaz ola bilər.

Onu da qeyd edək ki, bu hadisələrdən əvvəl də Urmiya kürdləri Tehran rejimindən bölgədə türk dilində lövhələrin və nişanların qadağan edilməsini tələb ediblər.  

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 1144 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 1144 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 1144 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 1144 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 1144 baxış
Seçilmişlər
icon