Pleyeri seçin:

Gürcü politoloqlardan Azərbaycana dəstək

29 fevral 2024 426 baxış

Avropa Şurası Parlament Assambleyasının sessiyası zamanı Milli Məclisin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi siyasi qərardır.

Bunu Baku TV-yə verdikləri müsahibələrində gürcüstanlı politoloqlar bildiriblər.

Bakı ilə Tbilisinin hər zaman beynəlxalq tribunalarda tərəfdaşlıq etdiyini qeyd edən gürcü ekspertlər bu məsələdə də Gürcüstanın Azərbaycanın yanında olduğunu vurğulayıblar.

“Azərbaycanla Gürcüstan hər zaman beynəlxalq tribunalarda tərəfdaşlıq edirlər. İki dost ölkə BMT Baş Assambleyasında bir-birilərinin mövqeyini dəstəkləyirlər. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın üzvlüyünün dayandırılması məsələsində də Gürcüstan öz dəstəyini göstərib.

Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsində Azərbaycan böyük rol oynayır. Azərbaycana siyasi təzyiq məqsədilə qəbul edilmiş qərarlar heç nəyi dəyişə bilməz. Bu, heç bir əsası olmadan qəbul edilmiş qərar idi və düşünürəm ki, ən qısa zamanda Azərbaycanın səsvermə hüququ bərpa ediləcək”, – gürcü politoloq Nika Çitadze deyib.

Məlumat üçün bildirək ki, Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.

Məktubda Azərbaycana qarşı qəbul edilmiş qərarın AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edildiyi, bunun isə narahatlıq doğurduğu bildirilib.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 426 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 426 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 426 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 426 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 426 baxış
Seçilmişlər
icon