Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib
Fevralın 26-da 7-ci Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
Gürcüstanın Kaxeti regionunda baş tutan tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin ticarət naziri Ömər Bolat, eləcə də hər üç ölkədən olan iş adamları iştirak ediblər.
Forumda ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması, ticarət dövriyyəsinin inkişafı və birgə layihələrin perspektivləri müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl 2021-ci ildə Azərbaycanda keçirilən Forum üçtərəfli iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
