Pleyeri seçin:
Gürcüstan XİN Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı açıqlama verdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz razılaşdıq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları arasında növbəti üçtərəfli görüş Türkiyədə keçirilsin”.
Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
İ.Darçiaşvili vurğulayıb: “Biz müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunduq. Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə fəaliyyətə başlamasının zəruriliyini vurğuladıq”.
Kopyalandı
#Gürcüstan Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İranın Gürcüstandakı səfiri sosial şəbəkədəki paylaşımına görə XİN-ə çağırılıb - Baku TV CANLI
- Gürcüstan xarici işlər naziri bölgədəki vəziyyətdən danışdı - Baku TV
- "Nazir müavinlərinin üçtərəfli görüşünə ev sahibliyi etməyimizlə..." | Gürcüstan XİN rəhbəri
- Ceyhun Bayramov Gürcüstanda | Tbilisidə keçirilən görüş barədə detallar
- Quldurlar Gürcüstan vətəndaşlarını əsir götürdü
