Gürcüstanda azərbaycanlı şagirdlərə erməni dərsliyi verilib | Nazirlik səhvi qısa zamanda düzəltdi
Gürcüstanda azərbaycanlı şagirdlərə qarşı ciddi texniki xəta, yoxsa qərəzli yanaşma? Baku TV-nin xəbərinə görə, qonşu ölkədə fəaliyyət göstərən azərbaycandilli məktəblərin 7-ci sinif şagirdlərinə paylanan "Tarix" dərsliyi üçün nəzərdə tutulmuş "Şagirdin dəftəri"ndə dəhşətli səhv aşkarlanıb. Belə ki, dəftərin üz qabığı erməni dilində olsa da, iç səhifələri Azərbaycan dilində çap edilib. Diaspor fəallarının və valideynlərin sərt etirazına səbəb olan bu hadisə dərhal gündəmə gəlib. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi məsələyə çevik reaksiya verərək, baş vermiş halın texniki bir yanlışlıq olduğunu bildirib və qısa zamanda həmin dərsliklərin yeniləri ilə əvəzlənəcəyini bəyan edib. Reportajda bu hadisənin pərdəarxası, mütəxəssislərin rəyləri və azərbaycandilli məktəblərin dərslik təminatındakı digər problemlər təhlil olunur.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
