Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşada Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.
Görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.
Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Eyni zamanda nazirlər hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığı müzakirə edib, üçtərəfli əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı təkliflər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
#Azərbaycan Respublikasının Müdafiə Nazirliyi teqi istifadə olunub
- Müdafiə Nazirliyi açıqladı: Gənc əsgərlərlə görüşlər müvəqqəti məhdudlaşdırıldı - Baku TV CANLI
- Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
