Pleyeri seçin:

Gürcüstanın paytaxtı Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Günü qeyd olunub

29 may 2024 373 baxış

Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Faiq Quliyev, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə 1918-ci ildə əldə edilən müstəqillik və bugünkü uğurlar, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işlərindən söz açılıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasını və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

“1918-ci ilin bu günləri bizi birləşdirir. Həmin il Azərbaycan və Gürcüstan bu günlərdə müstəqilliklərini elan etdilər. Təəssüf ki, o zaman ölkələrimizin müstəqilliyi uzun çəkmədi. Ancaq illər keçdi və bu gün biz birlikdə müstəqillik günlərimizi qeyd edirik. Ölkələrimiz arasında tarixi dostluq əlaqələri bu gün də davam edir. Mən azərbaycanlı bacı və qardaşlarıma çiçəklənən və inkişaf edən ölkədə yaşamağı arzulayıram. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, iqtisadi baxımdan ölkənin gücünün daha da artması azərbaycanlıların sevincini xüsusilə artırır”, – Ş.Papuaşvili əlavə edib.

Qeyd edək ki, tədbir musiqili proqramla davam etdirilib.

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 373 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 373 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 373 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 373 baxış
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 373 baxış
Seçilmişlər
icon