Hakan Fidan “3+3” əməkdaşlıq platformasının 3-cü iclasında çıxış etdi | Mühüm açıqlamalar
Türkiyə Gürcüstanı regional, o cümlədən Cənubi Qafqazın problemlərinin birgə həlli yollarını tapmaq üçün “3+3” platformasının işinə qoşulmağa çağırır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XİN başçılarının “3+3” formatında keçirilən görüşünün açılışında çıxışı zamanı bildirib.
“Bu əməkdaşlıq mexanizminin yaradılması ideyası üçtərəfli bəyanatın qəbul edilməsindən bir neçə həftə sonra yaranıb. Bu platformanın məqsədi regional, o cümlədən Cənubi Qafqazın problemlərinin birgə həlli yollarının tapılmasını təmin etməkdir.
Təəssüf ki, region ölkələrindən biri burada təmsil olunmayıb, buna baxmayaraq, platforma hələ də “3+3” adlanır. Bir daha vurğulamaq istəyirəm ki, yaxın qonşumuz və dostumuz Gürcüstanın bu platformada həmişə yeri olacaq, onlar hər zaman qoşula bilərlər”, – türkiyəli nazir vurğulayıb.