Haylar saq, qamər, subar, erməni mədəniyyətini mənimsəyib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində buraxılış hazırlanıb.
“Erməni qızlar haylara yox, türklərə ərə getmək istəyirlər” adlı buraxılışda əslən Şörəyel mahalının, Amasiya rayonunun Oxçuoğlu kəndindən olan araşdırmaçı Muxtar Oxçuoğlu ermənilər ilə hayların əsas fərqini üzə çıxarır.
O, saqların adlarını və tarixini hayların necə mənimsəməsinə, saq və qamərlərin məskunlaşdığı, qıpçaq və oğuzların birgə yaşadığı Qərbi Azərbaycanda saqların adını yaşadan yer adlarına, eləcə də hayların xristian-türk və erməni, subar irsini necə oğurlamasına aydınlıq gətirir.
Araşdırmaçı həmçinin Ermənistanda parçalanma getdiyini, haylar, yamlar, boşalar və ermənilər arasında gizli münaqişə baş verdiyini, xristian-qıpçaqlara aid qədim kilsələrin dağıdıldığını bildirir.
M.Oxçuoğlu sonda Ermənistanda saq və qıpçaq irsinə qarşı törədilən vandalizmdən, Şirak, Talin, Ani, Ağin adlarının türklərlə bağlılığından söz açır, hayların hind mənşəli, ermənilərin isə türk tayfası olduğunu və buna görə də erməni qızların hayları vəhşi sayaraq həmişə türkə ərə getmək istədiklərini vurğulayır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlılara aid məzarların aşkarlandığı kənd barədə real faktlar - Baku TV
- Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?
