Pleyeri seçin:

Həlak olan pilotların dispetçerlə "danışığı" yayımlandı | Rusiya mətbuatından yeni iddialar

17 yanvar 2025 219 baxış

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi ilə bağlı Rusiya mətbuatı yeni iddialarla çıxış edib.

Təyyarənin guya pilotları ilə aviadispetçerlər arasındakı söhbətin stenoqramını yayan Rusiya KİV faciənin əsl səbəbini gizlətməkdə maraqlı olduqlarını nümayiş etdirir.

Belə ki, əvvəlcə “Baza” “Telegram” kanalının, daha sonra isə ölkə mətbuatının iddiasına görə, təyyarə heyəti Mahaçqalada eniş etmək istəsə də, imtina aldıqdan sonra guya müstəqil şəkildə Bakıya geri qayıtmaq qərarına gəlib. Rusiya dispetçerləri isə guya ona Rusiya ərazisinə eniş üçün bir neçə variant təklif ediblər. Stenoqramda deyilir ki, ekipaj əvvəlcə Qroznıya enməyə hazır olsa da, sonra bundan imtina edərək “Bakıya gedirik” deyib.

Bildirilib ki, danışıq zamanı pilot “quş sürüsü ilə toqquşma” və pilot kabinəsinin zədələnməsi barədə hava nəqliyyatı dispetçerlərinə məlumat verib. İddiaya görə, pilot saat 8:11-də “Azərbaycan 82-43, Bakıya doğru gedir”, – deyə nəzarətçiyə bildirib. Saat 8:16-da pilot təyyarəyə xarici təsir barədə məlumat verib.

“Qroznı, imtina verdi. Quş sürüsü zərbəsi oldu. İki oturacaq partladı”, – deyə qeyd olunub. Saat 8:18-də pilot təyyarəyə nəzarəti itirib, daha sonra isə salonda təzyiqin artdığını bildirib. Məlumatda o da qeyd olunub ki, saat 8:22-də təyyarənin idarəetməsi və hidravlikası sıradan çıxıb. Daha sonra sərnişin salonundakı oksigen tükənib və insanlar huşunu itirməyə başlayıb. On dəqiqədən sonra təyyarə Aktauda təcili eniş tələb edib.

Belə görünür ki, Rusiya “Telegram” kanalları təyyarənin vurulmasını göstərən bütün dəlillərə rəğmən, baş verən hadisənin motivini başqa məcraya yönəltməyə çalışır.

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Baku TV

Siyasət
15 mart 2026 219 baxış
Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Hörmüz boğazı uğrunda böyük savaş: Dünya enerji böhranına gedir? - AKTUAL GÜNDƏM

Siyasət
15 mart 2026 219 baxış
Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Pakistanlı diplomat Azərbaycan xalqından razılığını bildirdi - Baku TV

Siyasət
14 mart 2026 219 baxış
Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Yaxın Şərqdə gərginlik davam edir | Astaradan xarici ölkə vətəndaşlarının təxliyəsi - Baku TV

Siyasət
14 mart 2026 219 baxış
Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Gülab vermək islami təsirdir, yoxsa daha qədim türk təmizlənmə ritualı? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 mart 2026 219 baxış
İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

İran təslim olmur, Tramp isə geri çəkilmir: böhranın ən təhlükəli anı? - AKTUAL GÜNDƏM

Siyasət
14 mart 2026 219 baxış
Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Anar Quliyev WUF13 ilə bağlı son məlumatları paylaşdı - Baku TV

Siyasət
14 mart 2026 219 baxış
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilib

Siyasət
14 mart 2026 219 baxış
Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Önəmli məsələlər müzakirə olundu | Hikmət Hacıyevdən paylaşım - Baku TV

Siyasət
14 mart 2026 219 baxış
"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

"Azərbaycana təşəkkür edirəm" | İrandan təxliyə olunan vətəndaşlar vəziyyətdən danışdı - Baku TV

Siyasət
14 mart 2026 219 baxış
Seçilmişlər
icon