Pleyeri seçin:

Həyatımın ən gözəl anı... | Prezident təqaüdçüsü “Əsrin müqaviləsi”nin vacibliyindən danışdı

20 sentyabr 2024 403 baxış

Azərbaycan neft sənayesinin inkişafına böyük töhfələr verən, 50 ildən çox bu sahədə layiqincə xidmət edən, “Əsrin müqaviləsi”nin imzalanmasında özünəməxsus rolu olan Rafiq Abdullayev 30 il əvvələ qayıdaraq o günlərin xatirəsini Baku TV ilə bölüşüb.

“Həyatımda ən gözəl anlar 1994-cü ilin 20 sentyabrında olub. “Əsrin müqaviləsi” imzalanmamışdan qabaq təbii ki, ona hazırlıq prosesi çox gərgin keçirdi. Ölkə rəhbərliyinə müqavilənin baş tutmaması üçün çoxlu təzyiqlər var idi”, – deyə R.Abdullayev bildirib.

Rafiq Abdullayev deyir ki, “Əsrin müqaviləsi” imzalanana qədər çox uzun və mürəkkəb bir yol keçib:

“Danışıqlar çox gərgin keçirdi. Onlar Rusiyadan icazə almağı şərt kimi irəli sürmüşdülər. Onda Prezident Heydər Əliyev belə bir addım atdı və dedi ki, Azərbaycan müstəqil dövlətdir, istənilən yatağı istənilən xarici şirkətə verə bilərəm”.

Bu tarixi prosesin canlı şahidi, iştirakçısı olan Rafiq Abdullayev “Əsrin müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyətinin vacibliyini də vurğulayıb:

“İmzalanma prosesi çox yüksək səviyyədə keçirildi. 500 nəfər imzalanma mərasiminə dəvət olunmuşdu, 300 nəfər də axşam yeməyinə. “Əsrin müqaviləsi” bizə imkan verdi ki, böyük dövlətləri bura cəlb etməklə müəyyən qədər siyasi cəhətdən onları Azərbaycana yaxınlaşdıraq və iqtisadi gücümüzü artıraq”. 

Banner
"Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV

"Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV

İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV

Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
Bir vaxtlar yüzlərlə azərbaycanlının yaşadığı Oxçuoğlunun izlərini necə yox etdilər?

Bir vaxtlar yüzlərlə azərbaycanlının yaşadığı Oxçuoğlunun izlərini necə yox etdilər?

Siyasət
13 noyabr 2026 403 baxış
İlham Əliyev Paşinyanla görüşdü | Trampın xüsusi nümayəndələri Putinin qəbulunda - YENİ BİR SƏHƏR

İlham Əliyev Paşinyanla görüşdü | Trampın xüsusi nümayəndələri Putinin qəbulunda - YENİ BİR SƏHƏR

Siyasət
13 noyabr 2026 403 baxış
İlham Əliyev və Endi Börnhem mühüm sənədə imza atdı - Baku TV

İlham Əliyev və Endi Börnhem mühüm sənədə imza atdı - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
Avropanın qaz təminatında Azərbaycanın rolu - Baku TV

Avropanın qaz təminatında Azərbaycanın rolu - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
İlham Əliyev Nikuşor Danla nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Nikuşor Danla nələri müzakirə etdi? - Baku TV

Siyasət
13 noyabr 2026 403 baxış
Azərbaycan və Litva prezidentləri regional sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Litva prezidentləri regional sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar

Siyasət
13 noyabr 2026 403 baxış
Seçilmişlər
icon