Hikmət Hacıyev COP29-da iştirak etməyən ölkələrlə bağlı nələr danışdı?
“Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə düşən öhdəliklərdən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərib”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır:
“COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahid oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.
H.Hacıyev əlavə edib ki, Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq, həmçinin müzakirə aparmaq əvəzinə, küskün mövqe tutması anlaşılan deyil:
“Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”.